“Sağlamlıq NaminəTəbiblər”
27 DEKABR 2017
95

“Sağlamlıq NaminəTəbiblər”

“Sağlamlıq NaminəTəbiblər”İctimai Birliyinin fəaliyyətə başlamasından 10 il ötdü

26 dekabr “Sağlamlıq Naminə Təbiblər” İctimai Birliyinin(SNT İB) təsis olunmasının 10-cu ildönümüdür. Bu münasibətləSNT İB-in ofisində ictimai birlik üzvlərinin iştirakı iləbirgə yığıncaq keçirilmişdir. Tədbirdəçıxış edən SNT İB-in sədri, həkim-qastroenteroloq Habil Hüseynov bildirdi ki, vətəndaş cəmiyyətinin qurulmasında QHT sektorunun inkişafı göz önündədir.Ötən illərlə müqayisədə digər QHT sahələri ilə yanaşı, səhiyyəyönümlü QHT-lərin dəbu barədə fəaliyyəti diqqət mərkəzindədir.Biz də çalışırıq ki, SNT İB-in nizamnaməsinə uyğun olaraq məqsəd və vəzifələrimizdən irəli gələn tələbləri yerinə yetirək.

Daha sonra isə SNT İB-in fəaliyyətini əks etdirən təqdimatla çıxış edən ictimai birliyin üzvü Teymur Mirzəbəyli ötən illərin fəaliyyətini qiymətləndirdi. Bu 10 il ərzində  müxtəlif maarifləndirici tədbirlər, bir neçə müayinə aksiyası, məktəblilər üçün müxtəlif maarifləndirici proqramların icra olunmasından bəhs edərək gələcək fəaliyyətlər proqramında da əhalinin sağlamlığının qorunması, həkimlər arasında koordinasiyanın genişlənməsi, səhiyyə sahəsindəki yenilikləri paylaşmaq istiqamətində layihələrin nəzərdə tutulduğunu da qeyd etdi.

Təbrik üçün çıxış edənlər arasında farmakoloqlar ‒ Azər Baxşəliyev, Ramiq Quliyev, terapevt  Anar Məmmədov SNT İB-in fəaliyyətini qiymətləndirərək gələcək fəaliyyət üçün fikir mübadiləsi etdilər. Sonra ictimai birliyin qocaman üzvü və SNT İB tərkibində fəaliyyət göstərən “pediatr klubu”nun rəhbəri Hüseyn Məmmədov da SNT-nin qurulmasından, fəaliyyət tarixindən bəhs etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır