Optik eynəklər göz zəifləməsinin qarşısını alır ? – AÇIQLAMA
28 DEKABR 2017
751

Optik eynəklər göz zəifləməsinin qarşısını alır ? – AÇIQLAMA

Müasir dövrdə dünyada bir çox insanlar zəifgörmədən əziyyət çəkir. Zəifgörmə bütün yaş təbəqələrində ras gəlinir. Görməni yaxşılaşdırmaq üçün  bir çoxları  optik eynəklərə müraciət edirlər. Bəs görəsən optik eynəklər göz zəifləməsinin qarşısnı alır? Tibb.fins.az-ın bu sualını oftolmoloq Səlahəddin Təhməzov cavablandırıb. Həkimin sözlərinə görə görməqabiliyyəti zəif olan insanların optik eynək taxmaması göz ağrısı və baş ağrıları yaradır. Bu halların 10 yaşa qədər olan və görməqabiliyyəti zəif olan uşaqlarda daha çox olduğu bildirdi. Səlahəddin Təhməzov görməqabiliyyəti zəif olan azyaşlı uşaqların optik eynəklərdən istifadə etməməsi nəticəsində uşaqlarda göztənbəlliyi xəstəliyinin yarana biləcəyini söylədi. Həkimin sözlərinə görə, bu xəstəlik zamanı uşağın görməqabiliyyəti yaxşı olan gözün, əsasən fəaliyyət göstərir. Həmçinin oftolmoloq S.Təhməzov görməqabiliyyəti (-1-dən -12-yə kimi) olan şəxlərdə görməqabiliyyətini yaxşılaşdırmaq üçün əməliyyat edilməsini mümkün sayır.

Həkim oftolmoloq görməqabiliyyəti zəif olan böyüklərdə  kompyuterdən istifadə zamanı antirefle şüşələri olan optik eynəklərdən istifadəni məsləhət görür. Belə ki, bu tip şüşələr kompyuter və tv şüalarından gözləri qorudğu bildirildi.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır