Eynək və linzaların dövrü bitdi
29 DEKABR 2017
1742

Eynək və linzaların dövrü bitdi

Kanadanın Ocumetics Technology Corporation kompaniyası Bionic Lens adlı yeni məhsulun kliniki sınaqlarını keçirir.

Alimlər sübut edir ki, gözün daxilinə yerləşdirilən bionk linza eynək və kontakt linzaları tam əvəz edəcək.

Fins.az xəbər verir ki, sınaqlar uğurla nəticələnərsə artıq 2 ildən sonra bionik linza geniş şəkildə istifadə oluna biləcək.

Bionic Lens çox da mürəkkəb olmayan cərrahi əməliyyatın köməyi ilə göz büllurunu əvəz edəcək. Əməliyyatdan sonra insan problemsiz yaxşı görməni əldə edəcək. Alimlər qeyd edir ki, bionik linzanın imkanları göz büllurundan daha üstündür. Bundan əlavə bionik linza göz yorğunluğu kimi problemi həll edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır