Yosunlardan plastr hazırlanıb: insulin iynəsini əvəz edəcək
05 YANVAR
496

Yosunlardan plastr hazırlanıb: insulin iynəsini əvəz edəcək

ABŞ-ın Merilend ştatının Milli Biotibbi Vizualizasiya və Biomühəndislik İnstitutundan olan tədqiqatçılar qanda həll olunan və bir neçə gün qlükozanı lazımi səviyyədə saxlayan yeni növ kristal birləşmələr yaradıblar.

Fins.az xəbər verir ki, tədqiqatçılar qanda qlükozanın miqdarının daimi ölçülməsi üçün və insulin inyeksiyalarını əvəzləyəcək xüsusi ağrısız plastr hazırlayıblar. Plastrın əsasını qonur yosunlarından ifraz olunan "alqinat" adlı maddə təşkil edir.

Analoqlarından fərqli olaraq, sözügedən maddə qanda uzun müddət qalaraq bir neçə gün orqanizmdə sirkulyasiya edə bilir.

© Ailem.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır