Yeni ailə qurmaq istəyən 19 nəfərdə talassemiya aşkarlanıb
10 YANVAR
90

Yeni ailə qurmaq istəyən 19 nəfərdə talassemiya aşkarlanıb

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, 2017-ci ildə Beyləqanda 1290 nəfər müayinə olunub.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəzakət Quliyeva  bildirib ki, xəstəxana skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin edilib, hematoloji kabinet yaradılıb. Götürülmüş qan nümunələri Bakı şəhərinə Xüsusi Qan Xidməti avtomobilləri ilə çatdırılır.

Nikaha daxil olmaq istəyən şəxslər Rayon Mərkəzi Xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir. Ötən il aparılan müayinələr zamanı 19 nəfərdə talassemiya xəstəliyinin daşıyıcısı, bir nəfərdə sifilis xəstəliyi aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılırlar. Bununla yanaşı, onlar xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də alırlar. Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır