İnsanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək yeni texnologiya hazırlanır
10 YANVAR
78

İnsanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək yeni texnologiya hazırlanır

Bioinformatika ilə məşğul olan “Adaptive Biotechnologies” şirkəti tədqiqatlarını yeni səviyyəyə qaldırmaq üçün “Microsoft” ilə səylərini birləşdirib.

Fins.az “hi-news.ru” saytına istinadla xəbər verir ki, hər iki şirkətin mütəxəssisləri insanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək texnologiyaların konsepsiyasını hazırlayırlar. Onlar insanın immun sisteminin ətraflı “xəritəsini” təşkil etməyi planlaşdırıblar. “Xəritənin” köməyi ilə orqanizmdə baş verən bütün qeyri-normal dəyişiklikləri görmək və fiksasiya etmək mümkün olacaq. Bu, həkimlərə maksimal dəqiq diaqnoz qoymağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır