Bu yayılmış dərman kişilərdə SONSUZLUĞA səbəb olur
12 YANVAR
140

Bu yayılmış dərman kişilərdə SONSUZLUĞA səbəb olur

Kopenhagen Universiteti  (Danimarka) alimləri populyar ağrıkəsici və hərarətsalan dərmanının ciddi yanaşı təsirini aşkar ediblər.

Tibb.fins.az xəbər verir ki, araşdırmaların nəticələrinə görə, ibuprofenin qəbulu kişilərdə sonsuzluğa səbəb ola bilər.

Eksperimentdə yaşı 18-dən 35 qədər olan 31 kişi iştirak edib. Onlar 2 qrupa bölünüb. Birinci qrup hər gün ibuprofen, 2-ci qrup isə plasebo qəbul edirdi.

2 həftədən sonra ibuprofen qəbul edən kişilərdə əsas kişi hormonu olan testosteronun sintezində azalma müşahidə olunub ki, bu da gələcəkdə sonsuzluğun inkişafına səbəb ola bilər.

© Saglamolun.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır