Ağızda acı dad bu pozulmadan xəbər verir
12 YANVAR
2007

Ağızda acı dad bu pozulmadan xəbər verir

Yeməkdən sonra ağızda qalan acı dad reflüks xəstəliyinin ilkin göstəricisi ola bilər.

Fins.az Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına istinadla xəbər verir ki, reflüks xəstəliyi stress, bəzi qrup dərman preparatlarının qəbulu və ya hamiləlik zamanı meydana çıxan müvəqqəti narahatlıqdır. Lakin bu problem bəzən xronik hal da ala bilir.

Reflüks nədir? Normada qida borusunun mədəyə keçid nöqtəsində qapaq mexanizmi mövcud olur və qida mədəyə daxil olan zaman bu qapaq açılır. Mədənin dolu olduğu zaman isə qapaq qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına imkan vermir. Bu qapağa qida borusu və mədəni ayıran qapaq deyilir. Qapaq mexanizminin yetərsizliyi mədənin turş möhtəviyyatı qida borusuna keçir və onu zədələyərək iltihab törədir ki, bu da qastroezofageal reflüks xəstəliyi (QERX) adlanır.

Reflüks təhlükəli xəstəlikdir. Mədədən qida borusuna düşən kütlə qida borusunun divarlarını yandırır, qida borusu xərçənginin riskini artırır.  

Problemin aradan qaldırılması üçün dərmanlardan istifadə əvəzinə turşuluğu artıran qidalardan çəkinmək daha effektiv nəticələr verir. Bunlara yağlı, ədviyyatlı, qızardılmış, pomidor, portağal və bu kimi bir sıra qidalar aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır