85,2 mindən çox donor qeydə alınıb
07 FEVRAL
106

85,2 mindən çox donor qeydə alınıb

Ötən il instituta 14 min 82 nəfər müraciət edib, onlardan 4 mindən çoxunu ilkin müraciətlər təşkil edib. İl ərzində 329, 5 min laborator müayinə aparılıb. 2017-ci ildə Mərkəzi Qan Bankında 44, 9 min, ölkə üzrə 85,2 min donor qeydə alınıb. İl ərzində 40670, 5 litr qan tədarük edilib.

Bu barədə B.Eyvazova adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutunun direktoru Zöhrə Əlimirzəyeva ötən ilin yekunlarına həsr olunmuş jurnalistlər üçün mətbuat konfransında məlumat verib. Mətbuat konfransında qeyd edilib ki, ötən il nikahqabağı müayinələrdən 135, 9 min nəfər keçib. Onların 3, 9 min nəfərə yaxınında talassemiya daşıyıcılığı, 499 -da sifilis, 119 nəfərində QİÇS virusu aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır