Parlamentin komitə sədri: “Azərbaycanda transplantasiya sahəsində orqan qıtlığı, donor çatışmazlığı var”
09 FEVRAL
345

Parlamentin komitə sədri: “Azərbaycanda transplantasiya sahəsində orqan qıtlığı, donor çatışmazlığı var”

“İnsan orqan və toxumalarının transplantasiyası təbabətin bütün sahələrində geniş istifadə olunur. Transplantasiyanın yalnız tibbi deyil, hüquqi və mənəvi problemləri var. Bu məsələyə düzgün yanaşılmadıqda problemlər qalacaq. Bu sahə inkişaf etdirilməlidir. Azərbaycanda orqan transplantasiyasını həyata keçirən bir neçə klinika fəaliyyət göstərir. Amma hesab edirəm ki, aparılan əməliyyatların sayı yetərli deyil”.

Fins.az-ınxəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitə sədri, akademik Əhliman Əmiraslanov deyib.

O bildirib ki, aparılan əməliyyatların sayı tələbatdan qat-qat azdır: “Bu sahədə olan problemlər biri orqan qıtlığı, donor çatışmazlığıdır. Hesab edirəm ki, bu sahədə reyester sistemi yaradılmalıdır. Bu, çox vacib məsələdir. Orqan transplantasiyasına ehtiyacı olanlar üçün məlumat bazası rolunu oynaya bilər. Bundan başqa, beyin ölümünü təsdiqləyən mərkəzin də yaradılması vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır