“Novruz sevinci”-Qobustanda ödənişsiz tibbi müayinə
05 MART
242

“Novruz sevinci”-Qobustanda ödənişsiz tibbi müayinə

Xalqımızın milli bayramı olan Novruz bayramı və baharın gəlişi münasibətilə ölkəmizdə çoxsaylı layihələr həyata keçirilir.
PROAKTİV şirkətinin direktoru Şahanə Sarı bildirib ki, dövlətimizin, xüsusən Heydər Əliyev Fondunun həyata keçirdiyi sistemli sosial layihələrin davamı olaraq biz də dövlət və özəl qurumların tərəfdaşlığı ilə bir sıra layihələrə start vermişik. 13 mart 2018-ci il tarixində Qobustan rayonunda həyata keçiriləcək “Novruz sevinci” layihəsi bu layihələrdəndir.
Azərbaycan Respublikası Dövlət Uşaq Fondu, Sağlam Ailə klinikası və PROAKTİV şirkətinin birlikdə həyata keçirəcəyi bu layihədə əsas məqsəd yerli əhalinin bayram sevincinə sevinc qatmaq, dövlət siyasətinin davamı olaraq əhalinin ödənişsiz tibbi müayinə ilə təmin olunmasına dəstək göstərməkdir.
Qeyd edək ki, qısa müddətdə fəaliyyətə başlayan PROAKTİV şirkətinin əsas hədəfi ölkəmizdə İctimaiyyətlə Əlaqələr sektorunun inkişafına töhfə vermək, cəmiyyətə daha çox faydalı olmaq üçün özəl müəssisələri Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin sayının artırılmasına təşviq etməkdir.
Daha ətraflı: 0557761110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır