Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"
06 MART
263

Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"

Hər bir insanda bədənin müxtəlif yerlərində müxtəlif rəngdə və ölçüdə xallar vardır.Xaııar insana gözəllik verdiyi kimi,həmçinin təhlükə də yarada bilər. Xallar həm anadangəlmə, həm də qazanılmış ola bilər. Xallar bir çox səbəblərdən yarana bilir: genetik faktor, hormonal faktorlar, ultrabənövşəyi şua və s. Uzun müddət gün şüası xalların yaranmasına və ya xalların dəyişməsinə səbəb ola bilər. Hər bir xal müxtəlif səbəblərdən dəyişərək bədxassəli ola bilər.

Belə törəmələrdən ən çox rast gəlinən MELANOMADIR

Melanoma bədxassəli dəri torəmələrinə aiddir.Tez bir zamanda daxili orqanlara metastaz verərək yayılma qabiliyyətinə malikdir.Buna görə də çox təhlükəlidir.Ən əsası isə melanomalar çox zaman adı xallardan seçilmir.Bu ancaq təcrübəli  həkim dermatoveneroloqlar tərəfindən DERMATOSKOPİYA zamanı üzə çıxa bilər.
Buna görə də xalların ölçüsündə,rəngində,sərhədlərindəvə s. dəyişiklik görərsinizsə,dərhal həkimə müraciət edin.
Profilaktik olaraq hər bir insanın ildə bir dəfə müayinədən keçməsi məsləhətdir!

Dr. Şahin Bədəlov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır