Milli Səhiyyə Forumu keçiriləcək
21 MAY
491

Milli Səhiyyə Forumu keçiriləcək

16 iyun 2018-ci il tarixində PROAKTİV şirkətinin təşəbbüsü, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə ölkəmizdə ilk Milli Səhiyyə Forumu təşkil olunacaq.

PROAKTİV şirkətinin direktoru Şahanə Sarı bildirir ki, forum Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il qeyd olunan 17 iyun-Tibb işçilərinin Peşə Bayramına həsr olunub. Məqsəd dövlət və özəl sektorda tibb sahəsində çalışan həkimləri, tələbə və rezidentləri toplayaraq bu önəmli günü təntənəli qeyd etmək, eyni zamanda tibb sahəsindəki son innovativ yeniliklərin müzakirə olunması üçün yeni platforma yaratmaqdır. Forumda çıxış edəcək spikerlər və mövzular barədə yaxın günlərdə açıqlama veriləcək.

Qeyd edək ki, PROAKTİV şirkəti biznes qurumlara və dövlət müəssisələrinə müxtəlif PR xidmətləri göstərir, o cümlədən KSM (Korporativ Sosial Məsuliyyət) layihələrin, yerli və beynəlxalq sərgi, konfrans, təntənəli açılış mərasimləri, hər növ korporativ tədbirlərin təşkili ilə məşğul olur.

Daha ətraflı: Tel.:+994 557761110 info@proaktiv.az;  www.proaktiv.az

   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır