Cərrahlar üçün təlim keçiriləcək - “Laparoskopik cərrahiyyənin əsasları”
04 İYUN
226

Cərrahlar üçün təlim keçiriləcək - “Laparoskopik cərrahiyyənin əsasları”

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 04-15 iyun 2018-ci il tarixində ödənişli əsaslarla “Laparoskopik cərrahiyyənin əsasları” kursunun keçirilməsi planaşdırılıb.

Təlim zamanı laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr olunmuş mühazirə və video mühazirələr oxunacaq, laparoskopik vərdişlərin öyrənilməsi, ayrı-ayrı əməliyyatların edilməsi texnikasına həsr olunmuş təcrübi məşğələlər aparılacaq və canlı əməliyyatlar nümayiş olunacaq.

Təlimin sonuncu günü iştirakçılar qiymətləndiriləcək, sertifikatlar təqdim ediləcək.

Təlimlərdə İştirak etmək istəyənlər institutun tədris şöbəsinə müraciət edə bilərlər.

Telefon: (+994 12) 5650428

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır