Orqanların transplantasiyasında “qohum” problemi
05 İYUN
663

Orqanların transplantasiyasında “qohum” problemi

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”qanun tamam dəyişdirilir.

Tibb.fins.az xəbər verir ki, bunu Milli Məclisin (MM  Səhiyyə komitəsinin iyunun 5-də keçirilən iclasında adıçəkilən komitənin sədr müavini Musa Quliyev dilə gətirib.

O, qeyd edib ki, mövcud qanunun cəmi olduğu kimi, saxlanılır:

“Qanuna 8 yeni maddə əlavə olunub. Ümumiyyətlə, qanunda 50-yə yaxın ciddi dəyişikliklər və əlavələr nəzərdə tutulur”.

M.Quliyev ilk dəyişikliyin isə qanunun adında aparıldığını bildirib:

“Biz ilk dəyişikliyi ilk növdədə qanunun adında apardıq, onu “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” adlandırdıq. Çünki dəyişikliklərin ruhu ilk öncə qanunun adından başlayır və başlamalıdır”.

Komitə sədrinin müavini bildirib ki, qohumlarının icazəsi olmadan qəza və xəsarət nəticəsində dünyasını dəyişən insanların orqanlarının götürülməsi məsələsi ətrafında hələ ki razılığa gəlinməyib:

“Əslində dünya qanunvericiliyində bu məqam var. Yəni, qohumların icazəsi olmadan qəza və xəsarət nəticəsində dünyasını dəyişmiş insanın sağlam qalmış orqanları məhkəmə-tibbi ekspertizanın iştirakı ilə götürülə bilir. Onlara belə bir hüquq verir. Amma bizdə hələlik bu məsələ ilə bağlı razılıq əldə olunmayıb.

Amma hesab edirəm ki, bizdə də bu məsələ olmalıdır. Bəzən qəza nəticəsində dünyasını dəyişmiş insanın orqanı yararsız hala düşə bilər, yəni, qohumları gecikdiyi və ya olmadığı üçün həmin insanın orqanlarından istifadə mümkün olmaya bilmir. Ona görə də bu məsələdə məhkəmə-tibbi ekspertizaya hüquqlar verilməlidir ki, qohumları, daha çox da, uzaq qohumları  gözləmək lazım gəlməsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır