Transplantasiya edilə biləcək orqanların siyahısı genişləndirilir - Ehtiyacı olan 1600 insan var
06 İYUN
693

Transplantasiya edilə biləcək orqanların siyahısı genişləndirilir - Ehtiyacı olan 1600 insan var

Azərbaycanda transplantasiya edilə biləcək orqanların siyahısı genişləndirilir.
Tibb.fins.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsində "İnsan orqan və toxumalarının transplantasiyası" haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Bildirilib ki, ölkədə böyrək və qaraciyər köçürülməsinə ehtiyacı olan 1600-ə yaxın insan var. Hazırlanan yeni layihədə köçürülə biləcək orqanların sayı artırılıb.
Layihəyə əsasən canlı donor kənar təsirlər olmadan orqan və toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir. Sağlığında orqanlarından donor kimi istifadəsindən yazılı imtina edən şəxsdən donor kimi istifadə edilə bilməz. Digər hallarda isə meyitdən donor kimi istifadə etmək üçün ölmüş şəxsin yaxınlarının icazəsi alınmalıdır. Lakin qəza və ya hər hansı bir təbii fəlakət zamanı ölmüş şəxsdən gözün buynuz qişası icazə alınmadan götürülə bilər.
"Tibbi optika haqqında" qanun layihəsinin isə Azərbaycanda optika mağazalarının fəaliyyəti ilə bağlı tələbləri müəyyənləşdirir. Hər iki qanun layihəsində düzəlişlər aparılması və yenidən komitənin iclasında müzakirəyə çıxarılması tövsiyyə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır