Hər bir diabet xəstəsinin qarşılacağı dəhşətli an: qanqrenanın müalicəsi varmı?
12 İYUN
693

Hər bir diabet xəstəsinin qarşılacağı dəhşətli an: qanqrenanın müalicəsi varmı?

Son zamanlar illərdir şəkərli diabet, ateroskleroz, trofik xora xəstəliyindən əziyyət çəkən insanların artıq 65-70 yaşında aşağı ətraflarda başlayan qanqrena səbəbindən ayaqlarının amputasiya oluması faktları artıb. Xəstənin yaxınları üçün böyük şok və stress olan bu hal əslində illərdir dərinləşən problemin son nəticəsidir. Heç kim ayağını itirmək istəmir, heç kim əlil olmaq istəmir. 
Amma təəssüf ki, çox həkimlər xəstəni müalicə etmək əvəzinə, qısa yolu təklif edir: amputasiya et, qanqrena dayansın. Amputasiyadan sonra isə xəstənin necə yaşaması, ümumiyyətlə yaşayacağı heç kimi maraqlandırmır. Müsahibəni hazırladığım ərəfədə mövzunu araşdırarkən qarşıma çıxan faktlar, şəxsi təcrübəmiz və klinikalarda rastlaşdığım xəstə və yaxınları Azərbaycanda diabetik ayaq sindromunun diqqətdən kənarda olduğunu, xəstənin yalnız qanqrena başlayanda hərəkətə keçdiyini göstərdi. 
Azərbaycanda diabetik pəncə, qanqrenalı ayaqlar və trofik yaralar üzrə fəaliyyət göstərən klinikalardan biri də Bioloji Təbabət klinikasıdır. Burda yara şöbəsinin əsas həkimi terapevt Arzu Musayeva 20 ildən çoxdur ki, trofik xora, yara və diabetik ayaqların müalicəsi ilə məşğul olur. Artıq bu mərkəz ölkə xaricində də tanınır, əcnəbi pasiyentləri qəbul edir. 
 
Tibb.fins.az diabetik ayaq və trofik yaralardan əziyyət çəkən insanların ümid yeri olan Arzu Musayevadan müsahibəni təqdim edir:
-Arzu xanım, ölkədə diabetik ayaq sindromundan əziyyət çəkən, ayağını itirmək təhlükəsi altında olan insanların sayında artım var. Bir çox klinikalar, mərkəzlər də var. Bəs Bioloji Təbabəti digər klinikalar və müalicələrindən fərqləndirən cəhətlər nədir. Bura gələn xəstələri nələr gözləyir?
-Son vaxtlar aktuallaşan diabetik pəncə sindromu ilə bağlı artıq çox klinikalarda müvafiq şöbələr yaradılıb. Onlar hamısı ənənəvi təbabətin xüsusi protokolları ilə işləyir. Bioloji Təbabət klinikasında aparılan müalicələr həm metodika, həm dərmanların tərkibi və təsiri baxımından çox fərqlidir. Bu müalicələrlə diabet xəstələri üçün aktual olan çox problemləri geridə qoymaq, diabet xəstəliyinin gələcək fəsadlarından pasiyentləri qorumaq mümkündür. 
Bioloji təbabətlə aparılan müalicələrdə yan təsirlər, əks göstərişlər, adət etmə və ləğv etmə sindromu olmadığı üçün xəstələrdə o preparatları tam sağalana kimi uzun müddət tətbiq etmək mümkündür. 
Müxtəlif metodikalar tətbiq edirik. İlk növbədə illərlə yığılan zəhər və toksinlərdən orqanizmin drenaj detoksikasiya ilə təmizlənməsi, aşağı ətrafların arterial damar təchizatını artırmaq üçün bioloji aktiv nöqtələrə preparatların yeridilməsi, diabet xəstələri üçün xarakterik olan neyropatiyanın nevral terapiya ilə müalicəsi tətbiq olunur. 
Trofik xoraların müalicəsi Bioloji təbabətin protokolları üzrə aparılır. Belə deyək bizim öz xüsusi qaydalarımız var. Burda təkcə yerli müalicə yox, həmin xoranı yaradan, formalaşdıran daha dərin amillərin patogenetik müalicəsinə yönəlirik. 
Bİzə gələn xəstələr təəssüf ki, lap başlanğıcda müraciət etmirlər. Onlar çox yerləri, həkimləri gəzir, nəticə əldə etmədikdə son şans olaraq bizə gəlir, ya da klinikamız haqqında gec xəbər tuturlar.
Statistika olaraq deməzdim tam 100%-i, amma ayağın kəsilməsi hökmü oxunmuş xəstələrin 80%-ni amputasiyadan xilas edə bilmişik. Bu da Bioloji təbabətin uğurudur ki, insanlarımızı əlillikdən, şikəstlikdən xilas edir.
 
 
- Niyə xəstənin ayağında sağalmayan yara əmələ gəlir, niyə qanqrenanın müalisəsi çətindir?
- Trofik xoralara yalnız şəkərli diabet, neyropatiya deyil, aşağı ətrafların damar pozğunluğu, ateroskleroz, stenozlar səbəb ola bilər. Bu müalicəyə çox çətin tabe olan xəstəlikdir. Ateroskleroz 20 yaşdan sonra bütün insanlarda başlayan, qocalıq dövründə daha da artan fizioloji prosesdir. Onu sürətləndirən amillər çoxdur. Stress, yağlı qidalanma, diabet, siqaret, narahat  ayaqqabı və s. aşağı ətrafların damarlarının tıxanmasına gətirib çıxarır. Arterial damar şəbəkəsinin qanla təchiz etdiyi toxumalarda nekro- trofik pozuntuların özülü qoyulur. Əgər damar tıxanıbsa, toxumada trofik dəyişiklik varsa, bu xəstələrə yalnız bioloji təbabət müalicəsi təyin olunmur. Periferik ətrafların kollateral qan dövranını artırmaq vəzifəsi də durur. Burda amputasiyaya gedən yolu uzadırıq, xəstənin daxili, yerli immunitetini qaldırırıq, xəstənin bioloji təbabət müalicəsinə verəcəyi cavabı dəyərləndiririk. Amma digər venoz yaralarda, venoz, arterial trombozlarda, trofik xoralarda isə bioloji təbabət təkcə çox gözəl effekt verir. 
30 illik terapevtlik müddətində yüzlərlə xəstədə trofik yaraların müalicəsinə nail olmuşam, yüzlərlə insanın əlil olmasının qarşısını almışıq. Əlbəttə müalicəyə tabe olmayan hallar da olub. Gecikmiş formada olsa da biz müalicədən imtina etmirik, əgər xəstə təkid edərsə başlayırıq. Amma yaxşı olar ki, başlanğıc mərhələdə müraciət etsinlər. Xəstələr amputasiya sözünü eşidəndən sonra bizi axtarırlar. Xüsusən şəkərli diabet xəstələri hələ ayaqlarda trofik yara, toxuma dəyişikliyi olmadan profilaktik məqsədlə müalicələr alsınlar. O zaman onlarda vaxtında damar tıxanıqlığı aşkarlanacaq və aşağı ətraflar öncədən qorunacaq. 
Sevindirici haldır ki, bu gün 3 diabet xəstəmiz profilaktika məqsədilə müraciət edib.  Onlara bioloji təbabət metodikalarını tətbiq edərək, həm damar tıxanıqlığı, həm neyropatiya, həm şəkərin digər orqanlara təsirinin qarşısını alırıq.  Ən çətin müalicələr okluziyada gedir. Əgər damar tıxanıqlığı çoxdursa, angioplastika əməliyyatına göndərilir. Klinikada xəstəyə kompleks müalicə aparılır: cərrah, fleoboloq, invaziv radioloq, endokrinoloq birlikdə– pasiyent üçün lazım olan bütün məsləhətləşmələri edirik. 
-Burda nekroz və trofik yaraların müalicəsində ozontepapiyanın tətbiq olunduğunu gördük.  Azərbaycanda çox fleboloqlar diabetik pəncə və xora müalicəsində ozonterapiyanın heç bir effekt vermədiyi barədə məlumatlar verir.  Sizin buna münasibətiniz? 
-Ozonterapiya bizim müalicəmizdə bazis yox, köməkçi müalicə kimi tətbiq olunur. Bəli,  tətbiq edirik, çünki elə ilk günlərdə pasiyentin qanında nə qədər müsbət dəyişikliklər olduğunun vizual olaraq şahidi oluruq. Ozonlaşdırılmış qan orqanizmə yeridildikdən sonra pasiyentin zahirən görünüşündə, üzündə, özünü hiss etməsində nə qədər müsbət dəyişikliklər olur.
Yerli olaraq ozon terapiyada ozon çəkmələrindən istifadə edirik. Hər ozonçəkmə terapiyasından sonra yaranın qranulyasiyanı, təmizlənməni, toxumaların oksigenlə təchizatını müşahidə edirik. 
Ozonterapiya müxtəlif cür aparılır. Bu gün çox yerlərdə bilən də, bilməyən də ozonla müalicə edir. Amma heç də hamı Almaniya texnologiyasını bilmir. Biz alman metodikasını öyrənmişik, effektini də görürük. Bu yaxında klinikamıza gəlmiş kolumbiyalı professor Artur Bernerin tövsiyyələrinə görə də lokal ozon iynələrindən istifadə olunur. Bu iynələri diabet xəstəliyində neyropatiyalarda lokal ozonterapiyanı tətbiq edərək yüksək nəticələr əldə edirik. 
Mən praktiki həkiməm, 30 illik təcrübəm var. Hər sahədə bioloji təbabəti sınamışam. 10 ildən artıqdır trofik xoraların müalicəsində ozonterapiyadan gördüyüm nəticəni dana bilmərəm. Kimlərsə görməyib, kimlərsə hardasa keçirilmiş araşdırmaların nəticəsinə inanır, bu onların öz versiyasıdır.  Ozonterapiya mənim müalicələrimin həm müddətini qısaldır, həm də keyfiyyətini artırır. Mən o fikirləri qəbul etmirəm.
-Pasiyentləriniz arasında xarici ölkələrdən gələnlər xəstələri gördük. Elə bu yaxında İraqlı qadının müalicəsini bitirdiz. Onlar sizi necə tapır? Öz ölkələrində müalicə effekt vermirmi?
-Bəlkə də Bioloji təbabət klinikası  əcnəbi vətəndaşların müalicəsi ilə məşğul olan azsaylı klinikalardan biridir. Sosial şəbəkələrədə yer almış görüntülər, müalicəmizdən  fotoları digər ölkələrdəki pasiyentlər də görür. Və təbii ki, heç kəs trofik və şəkər yarasına görə ayağını itirib, şikəst olmaq istəmir. Çixış yolu axtarırlar və bizim klinikanı tapıb müraciət edirlər. 
Biz pasiyent gəlməzdən öncə onun vəziyyəti haqqında məlumatlaları alırıq, sənədləri göndərirlər. Əgər gecikmiş formadırsa, müalicə effekt verməyəcəksə, onları qəbul etmirik. Amma yenə də pasiyentin öz seçimidir. Elə xəstə var ən ağır forma olsa da, ümid az olsa da gəlir. Belə xəstələrdən biri İraqdan müraciət etmiş gənc qadın idi. Onun hər iki ayağının aşağı arteriyalarında okkluziya var idi. Diabet xəstəsi idi. Hər iki pəncənin barmaqları quru qanqrenaya məruz qalmışdı. Öz ölkəsində və digər ölkələrdə ona hər iki ayağın buddan amputasiyası deyilmişdi, müalicə məsləhət görülmürdü. Əslində bu qərar protokol üzrə göstərişdir və düzgün də qərardır. Amma konservativ müalicəni sınamaq olardı. Axı təkcə barmaqlar qaralıb deyə kim hər iki ayağını itrimək istəyər. Xəstə amputasiya ilə razılaşmayıb, Azərbaycana gəldi. Biz əvvəldən ona heç nə vəd etmədik. Çünki effekt zamanla bilinəcəkdi.
Son nəticə olaraq aparılan müalicələr nəticəsində aşağı ətrafların qan dövranını artırdıq, qanqrena prosesi dayandı, təkcə barmaqlar götürüldü. Yəni ayaqlar pəncə qarışıq yerində qaldı. Xəstə gələcəkdə müəyyən qədər gəzə biləcək. 2 aylıq  müalicə bitib, xəstə sağalmış vəzyyətdə Vətəninə yola salındı.
Əminəm ki, bundan sonra belə əcnəbi xəstələrimiz çox olacaq. Bu da Azərbaycan tibbinin uğurudur.
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır