Yüksək təzyiqlə səhv salınan 5 xəstəlik – Diqqətli olun
21 İYUN
462

Yüksək təzyiqlə səhv salınan 5 xəstəlik – Diqqətli olun

"Lal qatil” adını almış hipertoniya indi dəbdə olan və hər kəsin özündə axtardığı problemdir. Araşdırmalara görə, yüksək təzyiqi olan insanların çoxu bunu bilmir, sadəcə halsızlıqla səhv salır.
Aşağı təzyiqin göstərdiyi əlamətlərlə yüksək təzyiqin simptomlarının oxşar olduğunu nəzərə alsaq, gözəyarı təzyiq təyin etmək olmaz. Təzyiqin olub-olmamasını yalnız tonometrlə ölçərək təyin edə bilər. Amma təzyiq xəstəsi olub-olmamağınızı bilmək üçün başınız ağrıyanda yox, adi, sakit halda da müntəzəm ölçmələr aparmalısız. 
Yüksək təzyiq varsa, o demək deyil ki, sizdə təkcə qan dövranı pozğunluğu var. Hipertenziya altında bir neçə xəstəlik maskalana bilir. Ona görə dərman, qəhvə, limona qaçmazdan öncə bu xəstəlikləri istisna edin. 
-Gərginlikdən baş ağrıları, spazmlar
Oturaq işdə çalışanlar, kompüterdə uzun müddət işləyənlər, telefona boynunu əyib baxanlar, boyun və baş əzələləri gərginliyindən baş ağrıları hiss edir. Bu təzyiq demək deyil. Ağrı ikitərəflidir, pulsasiya etmir. Bir neçə idman hərəkəti, gəzmək, masajla, bədənin vəziyyətini dəyişmək, təmiz hava ilə buna qalib gəlmək olar.
-Qanda şəkərin miqdarı düşüb
Hipoqlikemiyada simptomlar təzyiqə çox oxşardır. Uzun müddət ac qaldıqda, gərginlikdən, az şirniyyat qəbul etdikdə qanda qlükozanın səviyyəsi kəskin enir. Bunu da aşağı təzyiqlə səhv sala bilərsiz.  Zəiflik, başgicəllənmə, baş ağrısı, titrətmə, tərləmə, aclıq – bu əlamətlər varsa, şirin çay içib, yemək yeyin.  
Əgər bu hal tez-tez baş verirsə, qan analizi verin. Ola bilər diabet xəstəsisiz. 
-Həyəcan təşviş pozuntusu
Bir sıra psixi xəstəliklər, depressiya, təşviş pozuntusu və sinir problemlərində yüksək təzyiqə bənzər hallar baş verir: ürəkbulanma, baş ağrısı, ürək döyüntüsünün artması, qulaqlarda küy, tənəffüsdə çətinlik, tərləmə, titrəmə, gözdə bulanma. Xüsusən panik atakda insan təzyiqinin çox yüksəldiyini düşünür. 
Bu orqanizmin stressə hədən artıq çox reaksiyası və qana adrenalinin atılması deməkdir. Burda problem nə qan dövranı, nə ürəkdə, nə təzyiqdədir. Müayinə və müalicə sinir sistemində olmalıdır. 
-İnfeksiyalar
Bir çox infeksion xəstəliklər –herpes, sitomeqalovirus, Epşteyn-Barr başda ağrı, spazm, halsızlıq verə bilir. Bu infeksiyalar bəzən gizli gedir, zahirən biruzə vermir. 
Əgər belə ağrılar varsa, təzyiq ölçüb, dərman atmaqla iş bitməz. İnfeksion analizlər verə bilərsiz ki, kökü tapasız.
-Hipotireoz 
Qalxanabənzər vəzin funksiyasının zəifləməsi hiper və hipotoniya ilə eyni ola bilər. Hipetireozu olan insanlarda daim aşağı təzyiq, ağarmış bəniz, əl-ayaq donması olur. Ona görə bu adamlar təzyiqlə yox, qalxanabənzər vəzi ilə maraqlanmalıdır. 
Xüsusən qadınlar kökəlirsə, menstrual tsikl pozulursa, qəbizlik varsa, depressiyaya düşürsə, hormonları yoxlatsın. Bununla baş ağrısı və aşağı təzyiqin də səbəbini tapmış olarlar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır