Diqqət: Yemək yeyərkən bunları etməyin!
21 İYUN
554

Diqqət: Yemək yeyərkən bunları etməyin!

Həkimlər qəbul edilən qidaların orqanizm üçün faydalı olmasını təmin etmək üçün bəzi tövsiyələrlə çıxış edirlər.

Yenicag.az xəbər verir ki, yemək zamanı qəbul edilən çay və qəhvə kimi kafeinli içkilər qidaların faydalılıq dərəcəsini aşağı salır. Bunu ABŞ-da aparılan araşdırmanın nəticələri tam sübuta yetirib. Belə ki, yemək zamanı kafeinli içkilər qəbul edildikdə orqanizmdə dəmirin sorulması prosesi zəifləyir. Başqa sözlə, yemək arası içilən qəhvə yeməyin faydalılıq əmsalını 39%, çay isə 64% azaldır.

Çay və qəhvəni yeməklərdən bir saat əvvəl, ya da bir saat sonra içmək tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır