Təzyiqi normada saxlamaq üçün 2 qızıl qayda
22 İYUN
5608

Təzyiqi normada saxlamaq üçün 2 qızıl qayda

İspaniya alimləri sübut edir ki, yüksək arterial təzyiqdən əziyyət çəkən insanlar təzyiqi salan dərmanları yatmazdan əvvəl içməlidir.

Bu təzyiqi normada saxlamaq, təzyiqin qalxmasının qarşısını almaq üçün ən yaxşı üsuldur. Belə preparatların günün digər saatlarında qəbulu daha az effekt verir.

Alimlər  qeyd edir ki, məhz yatmazdan əvvəl təzyiq dərmanı qəbul edən insanlarda ürək tutması, infarkt və insultun riski 61% azalır.

Alimlər təzyiqi normada saxlamaq üçün digər qayda da təklif edir. Bu 16-saatlıq aclıqdır. Alimlər sübut edir ki, hər gün 16 saat ərzində (axşam 18.00-dan səhər 10.00-a qədər) ac qalan insan nəinki təzyiqini normada saxlaya bilər, hətta hipertoniyadan qurtula bilər.   

Həmçinin bu üsul artıq çəkidən azad olmağa da kömək edir ki, bu da təzyiqin tənzimlənmsinə yardım edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır