Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür - Birinci yerdə duran xəstəlik
12 İYUL
849

Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür - Birinci yerdə duran xəstəlik

Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin yekunlarına görə dərc etdirdiyi bülletendə dünya əhalisinin ölümünə səbəb olan 10 əsas faktor göstərilib.
Birinci yerdə ürəyin işemik xəstəliyi, ikinci yerdə insult, üçüncü yerdə tənəffüs yollarının respirator infeksiyaları durur. Əsrin bəlası olan xərçəng 5-ci yerdədir. 6-cı yerdə getdikcə yayılan diabet. Siyahının sonuncu yerini yol qəzaları tutub. Hansı ki, hər il yüzminlələ insanın həyatına son qoyur.
Tibb.fins.az Media.az-a istinadən xəbər verir ki, həkim terapevt Bəyaz Əlyeva bu günkü gün Azərbaycan vətəndaşlarının ölümünə daha çox ürək-damar xəstəliklərinin səbəb olduğunu bildirib.
"Ölkədə ölüm hallarının 80%-i qeyri-infeksion xəstəliklər səbəbindən baş verir: ürək infarktı, insult 50% insanların ölüm səbəbidir. 
İkinci yerdə bizdə - onkoloji xəstəliklər durur, 11%.
Bu xəstəliklərin yayılmasının səbəbi insanların zərərli qidalanması, daha çox duz və şəkər qəbul etməsi, passiv, oturaq həyat tərzi keçirməsi ilə bağlıdır”.
Həkim yaxın gələcək üçün proqnozların ürəkaçan olmadığını da bildirib.
 
ÜST-ın proqnozlarına görə, 2025-ci ildə 20 milyon insan onkoloji xəstəliyə yoluxacaq. Bu xəstələrin böyük qismi aşağı və orta gəlirli ölkələrin payına düşür. Ona görə bu proqnoz Azərbaycan üçün də kifayət qədər pessimistikdir. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır