Media nümayəndələri üçün göz müayinəsi PULSUZ
18 İYUL
286

Media nümayəndələri üçün göz müayinəsi PULSUZ

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 22 iyul- Milli Mətbuat Günü ilə əlaqədar "Sağlam baxış, sağlam cəmiyyət" adı altında açıq qapı günü keçirir.
Tibb.fins.az xəbər verir ki, Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, iyulun 20-də keçiriləcək açıq qapı günü çərçivəsində media nümayəndələri üçün aksiya təşkil olunacaq.
Aksiya zamanı media nümayəndələri saat 10.00-dan 15.00-dək göz müayinəsindən keçə biləcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır