Qohum evliliklərinin fəsadları - Əqli zəiflik, fiziki çatışmamazlıqlar, talassemiya...
17 AVQUST
414

Qohum evliliklərinin fəsadları - Əqli zəiflik, fiziki çatışmamazlıqlar, talassemiya...

Hər bir dövrdə müəyyən problemlər nəticəsində ailədə xəstə uşaqların doğulması hallarına rast gəlinir.

Tibb.fins.az medicina.az-a istinadən bildirir ki, bu arzuolunmaz halın yaranma səbəblərindən biri də qohum evlilikləridir.

Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlarına üstünlük verilir və belə ailələrdən doğulan uşaqların xəstə olması riski çox yüksəkdir.

Qohum evliliyinin genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və təqribən dünya əhalisinin 20% bu problemdən əziyyət çəkir. Mütəxəsislərin araşdırmasına görə, eyni qandan olan əmi oğlu-əmi qızı, xala oğlu-xala qızı, bibi qızı-dayı oğlu, dayı qızı-bibi oğlu və bu kimi eyni genə malik qəbildən olan qohumluqlar bir çox genetik xəstəliklərin yaranmasına və körpənin şikəst olaraq dünyaya gəlməsinə səbəb olur.

Qohum evliliyində ən çox rast gəlinən xəstəliklər aşağıdakılardır:

Qan xəstəlikləri

Əqli zəiflik

Fiziki çatışmamazlıqlar

Ürək damar xəstəlikləri

Şəkər xəstəliyi

Qohum evliliyinin törətdiyi ən ağır irsi xəstəliklərdən biri də talassemiyadır.

Talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki, bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.

Ona görə də belə nigahlara yol verməmək məsləhət görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır