Göygöl rayonunda qanvermə aksiyasında 70 donor iştirak edib
30 AVQUST
186

Göygöl rayonunda qanvermə aksiyasında 70 donor iştirak edib

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə növbəti qanvermə aksiyası Göygöl rayonunda keçirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən tibb.fins.az-a verilən məlumata görə, aksiyada 70 donor iştirak edib.

Əldə edilən qan və qan komponentləri laborator müayinələrdən sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır