Myanmada yayılan naməlum xəstəlikdən 7 nəfər ölüb
11 SENTYABR
283

Myanmada yayılan naməlum xəstəlikdən 7 nəfər ölüb

Myanmada naməlum xəstəlik yayılıb.

Tibb.fins.az Report-a istinadən bildirir ki, bu barədə "Global New Light of Mianmar" qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, avqustda yayılmağa başlayan xəstəlik 7 nəfərin həyatına son qoyub. Onun əlamətləri öskürək, çətin nəfəsalma, yüksək hərarət və gözlərin qızarmasıdır.

 Məlumata görə, xəstəliyin yayıldığı kənddə 600 sakin yaşayır. Əraziyə həkim briqadası göndərilib.

Ölkənin Səhiyyə Nazirliyi xəstəliyin müəyyən edilməsi ilə bağlı araşdırma aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır