Səhiyyə Nazirliyindən vərəm açıqlamsı
27 SENTYABR 2018
723

Səhiyyə Nazirliyindən vərəm açıqlamsı

Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələrində vərəm xəstəliyinin yayılması barədə məlumatlara münasibət bildirib. 

Nazirlikdən Fins.az-a verilən məlumata görə, bu kimi yalnış informasiyalar əsassızdır.

Qeyd olunub ki, adıçəkilən rayonlarda uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkənin digər bölgələrindən 4 dəfə aşağıdır: "Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir: "Hər il digər bölgələrdə olduğu kimi Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkədə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və olada bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir".

Eləcədəbax:http://tibb.fins.az/xeber/957515/dunyada-yegane-altsheymer-tercumechisi-yaradilib.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır