ÜST nümayəndəsi və Analitik Ekspertiza Mərkəzi ilə məsləhətləşdi
04 OKTYABR 2018
459

ÜST nümayəndəsi və Analitik Ekspertiza Mərkəzi ilə məsləhətləşdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovla görüşüb.

 Fins.az  xəbər verir ki, görüş zamanı tərəflər ölkədə səhiyyə sektorunun inkişafı sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eləcə də bax:Onurğa əməliyyatından sonra şikəst qalmaq riski nə qədərdir?

H.Harmancı qeyd edib ki, ÜST səhiyyə prosedurlarının dünya standartlarına uyğunlaşdırılması, yerli mütəxəssislərin potensialının artırılması və qiymətləndirmə proseslərində Analitik Ekspertiza Mərkəzinin işini dəstəkləyir.

Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi 2007-ci ildən fəaliyyət göstərir və dərman vasitələri ilə əlaqədar bütün əməliyyatları həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır