Diyabetlə mübarizə YENİLİK
10 OKTYABR 2018
460

Diyabetlə mübarizə YENİLİK

Dünyada 425 milyon adam diabet xəstəsidir.

Dünyada hər il 5 milyon insan diabetdən həlak olur. Elm insanları bu rəqəmi üçüncü dünya müharibəsinə bənzədir. Diabetin və komplikasiyalarının qlobal xərci ildə təxminən 775 milyard dollardır.

Bunun üçün təkcə diabet dərmanlarının xərci 127 milyard dolları edir. Geri qalan 648 milyard dollar isə diabetin gətirib çıxardığı komplikasiyaları üçün xərcləri təşkil edir.

Tibb.Fins.az xəbər verir ki,Avropa Diabet Araşdırmaları Dərnəyinin (EASD) Berlində reallaşdırdığı Qlobal Diabet Konqresində diyabetlə mübarizədəki yeniliklər müzakirə edildi.

Novo Nordisk şirkətinin baş elmi direktoru və başçı köməkçisi professor Mads Kroqsqaard Tomsen AR-GE işlərində ən son xərçəng müalicələrində istifadə edilən və şişi birbaşa hədəfə alan ağıllı bir molekul üzərində işlədiklərini söylədi. Tomsen əlavə olaraq belə deyib: "İngiltərədə Bristol Universitetində elm insanları şəkərlə mübarizə aparan bir molekul yaratdı. Biz o molekulu aldıq. Laboratoriyalarımızda bunun üzərində işləyirik. Bu ağıllı molekul ağıllı bir insulindir. İndi xəstələr gündə 4 dəfə şəkər ölçüb, insulin iynələri edə bilir. Bu ağıllı molekul qandakı şəkərin qlükoza miqdarına həssas olacaq. Yüksək olsa normal səviyyəyə endirəcək, normal olsa heç bir təsir etməyəcək. Ağıllı molekul 10 il ərzində diabetdə inqilab yaradacaq".

Dəyərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır