Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat - TAVI
12 OKTYABR 2018
395

Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat - TAVI

72 yaşlı xəstənin döş qəfəsi açılmadan və anesteziya verilmədən qapalı üsulla ürək qapağı dəyişdirilmişdir. Bu əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yüksək ixtisaslı həkimləri - ürək-damar cərrahı Anar ƏMRAH, invaziv kardioloqlar Abbasəli ABBASƏLİYEV və Şahin XƏLİLOV tərəfindən uğurla həyata keçirilmişdir. Əməliyyat ən müasir avadanlıqlarla təmin olunmuş hibrid salonunda (Angioqrafiya və əməliyyatın bərabər aparıldığı əməliyyatxana) aparılmışdır.

TAVI əməliyyatının digər əməliyyatlarla müqayisədə ağırlaşma faizi olduqca aşağıdır. Əməliyyat orta hesabla 1 saat davam edir və xəstə əməliyyatdan 24-48 saat sonra evə yazılır.

Qeyd etmək lazımdır ki, qapalı üsulla ürək qapağının dəyişdirilməsi tibbin ən müasir yeniliklərindəndir. Bu əməliyyat artıq 3-cü dəfədir ki, həkim heyətimiz tərəfindən uğurla həyata keçirilir.

Bu əməliyyatı digərlərindən fərqləndirən cəhət isə ölkəmizdə ilk dəfə istifadə olunan qapağın (Starr-Edwards S3) daha uzunömürlü olması və daha incə kateter vasitəsi ilə xəstəyə implantasiya edilməsidir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır