Xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib
19 OKTYABR
97

Xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında onkoloji xəstədə uğurlu plastik estetik əməliyyat icra olunub. Xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib. Yanaqdakı boşluğa isə qasıqdan götürülən dəri qoyulub.

 Universitetin mətbuat xidmətindən Tibb.Fins.az-abildiriblər ki, əməliyyat haqqında ATU Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri Məhəmməd Davudov məlumat verib.

Həkim deyib: "Xəstədə hələ 6 il bundan əvvəl əməliyyat aparılıb. Həmin vaxt xəstə ağız boşluğunda xora diaqnozu ilə bizə müraciət etmişdi. Müayinə zamanı bu zonada bədxassəli şişin olduğu aşkarlandı. Şişin ilkin ölçüsü kiçik olduğundan, onun tam götürülməsi məqsədəuyğun idi. Belə də etdik. Şişi tam şəkildə və yapışıq olması səbəbindən həmin nahiyədəki sümüklə birlikdə götürüldü. Xüsusi titanla, rekonstruktiv lövhə ilə sümük defektini yerinə qoyduq. Xəstə funksional baxımdan bir problem yaşamadı. Əməliyyatdan sonrakı patohistoloji analizlər tam təmiz çıxmışdı".

Həkim buna baxmayaraq, əməliyyatdan 1 il sonra həmin xəstənin ağzında, selikli qişada deyil, sümük ətrafında şişin yenidən yarandığını bildirib: "Növbəti əməliyyat aparıldı və bu dəfə həmin nahiyədə sümük götürüldü. Xəstə radioterapiya müalicəsi aldıqdan sonrakı 5 il müddətində tam normal şəkildə həyatına davam edib. Yeganə problem sümüyün götürüldüyü yerdə estetik problem olub".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır