Sədaqət Qəhrəmanova: Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir
19 OKTYABR
286

Sədaqət Qəhrəmanova: Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir

Qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında duran vacib məsələlərdir. 
Fins.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib. 
Onun sözlərinə görə, hazırda doğulan uşaqların cinsinə görə nisbətinin pozulması dünyanın bir sıra ölkələrində və Azərbaycanda aktual problemdir:
“Qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında duran vacib məsələlərdir. Uşaqların cinsə görə nisbətinin pozulması zorakılığın bir növüdür. Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir və onların hüququ pozulur. Əgər bu hesablama təbii sürətdə baş versə, müdaxilə etmək toxunulmazdır.
Bir sıra hallarda bu, təbii halda baş vermir. Son 25 ildə kişilərin sayı sürətlə artıb və bu fərq bərabərləşib. Belə ki, əhalinin 49,9 faizini kişilər, 51,1 faizini qadınlar təşkil edir”.
Sədaqət Qəhrəmanova qeyd edib ki, kənd yerlərində qadınlar arasında ailə planlaşdırılması, arzu edilməyən hamiləlikdən qorunma, süni mayalanma və s. maarifləndirmə kampaniyaların aparılması zəruridir:
“Təhlillər göstərir ki, qız uşaqlarının dünyaya gəlmədən öldürülməsi ailədə ikidən çox övladın istənilməməsidir. Müasir dövrdə ailədə ilk övlad qız olanda, ikinci uşağın oğlan olmasını istəyirlər. Bu, düzgün deyil”.
 
Oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır