Xəstəxanaların yeni vəzifələri müəyyənləşdi – QƏRAR
29 OKTYABR
750

Xəstəxanaların yeni vəzifələri müəyyənləşdi – QƏRAR

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.

Fins.az xəbər verir ki,  dəyişikliklərə əsasən dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin yeni vəzifələri müəyyənləşib.

Həmin tibb müəssisələrinin vəzifələri sırasına
 
- dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq farmakonəzarət üzrətədbirlər görmək və farmakonəzarət üzrə məsul şəxs müəyyən etmək;
 
- dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Nazirliyə təqdim etmək əlavə edilib.

Eləcə  də bax:baş nazirdən YENİLİK

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır