Qəpik-quruşluq məhlulla antibakterial müalicə - Qrip, angina,haymorit, irinli yaralar üçün
07 NOYABR
285

Qəpik-quruşluq məhlulla antibakterial müalicə - Qrip, angina,haymorit, irinli yaralar üçün

Zümrüdü rəngli, " zelenkaya” bənzər bu məhlul sovet dövründən ev aptekində yer almışdı.  Xlorofillipt adlı spirtli maddə burun, boğaz, ağız boşluğunun çoxsaylı problemlərində 3 günə təsir edir. Təbii antibiotik olub, irinli yaralar, abses, furunkul, səpkilərlə mübarizə apara bilir.  
Bu preparat ekvalipt  yarpaqlarında çox rast gəlinən xlorofillərdən hazırlanır.  Natural mikrob, iltihab əleyhinə preparatdır,  Stafilakokk sinfinə məxsus bakteriyaları məhv edə bilir.  
Apteklərdə 4  forması olurdu: 1% li spirtli məhlulu, 2% li yağlı, tabletka və sprey. 
Preparatın adı elə onun təbii olmasından xəbər verir. Unikal tərkibinə görə təbiətin anbiotiki hesab etmək olar.  
Tibb.fins.az xəbər verir ki, Medicina.az Xlorofilliptdən hansı məqsədlər üçün istifadə edilə biləcəyini araşdırıb. 
-Boğaz qıcıqlanması, qrip, angina, faringitdə 1 xörək qaşığı spirtli məhlulunu bir stəkan isti suda həll edib, gündə 5 dəfə boğazı qarqara etmək, eyni zamanda preparatın spreyini də istifadə etmək olar
-Boğaz gəlməsində, badamcıqlar irinləyəndə, tonzillitdə boğaz məhlulda isladılmış pambıqla silinir
-Qrip, burun tutulmasında, haymoritdə yağlı məhlulunda uzun tamponu isladıb, burun deşiklərinə dərinliyə kimi qoyulur, 15 dəqiqə saxlanılır
-Qızılı stafilakokla yoluxmada buruna yağlı məhlulundan 2-3 damcı damcılatmaq
-Üz və bədəndə civzə, sızanaqda spirtli məhlula pambığı batırıb silmək
-Stomatit, herpes, damaq iltihabında qarqara etmək
-Dodaqda uçuq, herpesi spirtli məhlulu ilə yandırmaq
-Yaralar, kəsikləri bu məhlulla dezinfeksiya etmək
-Haymorit, sinusitdə buruna damcılatmaq, yatmazdan əvvəl yağlı məhlulunda isladılmış tampnlar qoymaq
-Daban çatlarında axşamdan ayaqları təmiz yuyub, dabanlara yağlı məhlulunda isladılmış kompress qoymaq 
-Ayaqda spor, sümük çıxması – Dimeksidlə Xrolofillipti qarışdırıb, bitni bir neçə qat edib islatmaq, ayağa qoymaq, üzərindən polietilen sarımaq. 
-Furunkullar, bir sıra dəri xəstəliklərində bu məhlul qatılmış su ilə yuyunmaq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır