Tanınmış oftalmoloq gündəm suallarına aydınlıq gətirdi
08 NOYABR
358

Tanınmış oftalmoloq gündəm suallarına aydınlıq gətirdi

Tanınmış oftalmoloq, Dr. Rəhimə Poluxova son zamanlar göz xəstəlikləri ilə bağlı uşaqların valdeyinlərinə ən çox ünvanladığı sualları cavablandırıb. Xanın Poluxovanın cavablarını təqdim edirik.

1.Eynəyi daimi taxmalıyam ya sadəcə uzağa baxanda taxım?

40 yaşa kimi təyin olunan eynəklər daimi sayılır

2.Kompyuterdə isləyirəm qoruyucu eynək istifadə edə bilərəm?

 Hazırda istehsal olunan kompyuterlərin ekranları qoruyucu təbəqəli olur, hər 20 dəqiqədən bir fasilə edin

3.Nəyə görə məndən yaşca böyük tanıdıqlarım yaxına eynək taxmırlar?

40 yaşdan sonra hər kəsdə yaxına görmə zəifləməyə başlayır ,uzaq görməsində zəiflik varsa bu cür insanlarda yaxına görmə daha gec zəifləyir, bəzə isə bəzi göz xəstəliklərində müvəqqəti olaraq yaxına görmə yaxşılaşır.

4  Başqasının eynəyini taxdım gözüm zəiflədi

Yalnış eynək gözlərdə  yorğunluq baş ağrısı yarada bilər

5.Eynək nömrəmi az yazın gözüm öyrəşməsin

hər kəs gözünə ən uyğun nömrə eynək taxmalıdır nömrənin yüksək olması pasientləri narahat etməməlidir

6.Müalicə edin eynək taxmayım

Eynək ehtiyacı xəstəlik deyil refraksion qüsurdur və müalicə deyil korreksiya olunmalıdır. Korreksiyanın 3 növü vardır eynək, kontakt linza və excimer lazer əməliyyatı

7. Eynəyi gün ərzində neçə saat taxmalıyam?

 Daimi təyin olunan eynəklər uşaqlarda səhər taxılıb yatanda çıxardılmalıdır. Böyüklərdə isə ehtiyac duyduğunda taxıla bilər

8.Eynəyimi davamlı taxmadım ona görə görməm zəiflədi

 Eynək taxılsada taxılmasada zəifləməyə meyilliliyi olan insanlarda zəifləmə davam edəcəkdir

9.Eynək taxdıqdan sonra eynəyi çıxardanda gözümündahada  zəiflədiyini hiss edirəm

 Yenicə enək taxan insanlarda beyin yaxşı görüntüyə öyrəşir və eynəyi çıxardan kimi görmənin zəiflədiyini hiss edir, əslində əvvəlki görmə olduğu kimi qalır. Eynək korreksiyadır taxdıqda yaxşı görmə olur çıxardığınız zaman əvvəlki görmə qayıdır.

10. Uşağımda getdikcə eynək nömrəsi artır necə edək nömrələr dayansın?

Bəzi eynək nömrələri (Miopiya) uşaq böyüdükcə boyu necə artırsa göz ölçüləridə artır ,və təxminən 18-20 yaşlarda  dayanır.

11. Uşağa eynək təyin olunub neçə yaşına kimi eynək taxmalıdır, eynək taxdiqdan sonra zəif görmə düzələcəkmi  ?

 Eynək ehtiyacı davam etdiyi müddətcə eynək taxılmalıdır, eynəyi taxdıqda görmə düzələcək eynəyi çıxardıqda isə

12. Mümkünsə əməliyyat edin uşaq eynək taxmasın

18 yaşa kimi excimer lazer əməliyyatı məsləhət görülmür

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır