DƏNİZ XIYARI - Xərçəngə qarşı yeni dərman
21 NOYABR
577

DƏNİZ XIYARI - Xərçəngə qarşı yeni dərman

Bir qrup beynəlxalq dərəcəli alim və rusiyalı mütəxəssislər xərçəng şiş hüceyrələrini öldürmək gücünə malik Kukumari - dəniz xiyarı üzərində tədqiqatlara başlayıb.
Tibb.fins.az xəbər verir ki, bu dəniz canlısının ifraz etdiyi maddədə olan aktiv birləşmə Frondozid A bədxassəli hüceyrələrin inkişafına əngəl olur, onların sağlam hüceyrələri zədələməsinə imkan vermir.
Alimlər deyir ki, frondozid kimyaterapiyaya davamlı olan hüceyrələri də öldürə bilir. Lakin mütəxəssislər təcrübənin canlı orqanizm, yəni onkoloji xəstələr üzərində aparılmasının zəruriliyini bildirib. Bu elmi işin müəllifi qeyd edir ki, bir çox dəniz onurğasızlarının orqanizmində özünümüdafiə qabiliyyəti yüksək olan maddələr yığılır. Məhz bu unikal birləşmələr xərçəngə qarşı yeni dərman ola bilər. 
©Medicina.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır