Körpə Uşaqlarda Kəllə Beyin Travması
22 NOYABR
837

Körpə Uşaqlarda Kəllə Beyin Travması

Müəllif:  Dr.Bəhruz Eyvazov

https://behruzeyvazov.com

Facebook: https://www.facebook.com/dr.behruzeyvazov/

Instagram: https://www.instagram.com/neyrocerrah_behruzeyvazov/

Youtube: https://www.youtube.com/user/MrEybel

Əlaqə nömrəsi:  (+99450) 466-36-46 

Uşaqlarda bəzən əhəmiyyətsiz hesab etdiyimiz kəllə beyin travmaları ciddi fəsadlar yarada bilir.Körpə uşaqlarda kəllə beyin travmalarından sonra əlamətlər özünü gec biruzə verir.Bunun səbəbi körpə uşaqlarda beyin toxumasi ilə sümük arasında məsafənin çoxluğu ,sümüklər bitişmədiyindən başın ölçüsünün böyüyə bilməsidir.Belə olan halda kəllənin rezerv imkanları artmış olur,nəticədə daha böyük həcmdə qansızma və qəflətən uşaqlarda pisləşmə müşahidə olur.Bəzi hallarda körpə uşaqlarda valideyinlər körpələrin nə zaman kəllə beyin travmaları aldıqlarını qeyd edə bilmirlər və ya təxmin edirlər.Bir neçə gündən sonra isə başın hər hansi bir nahiyyəsində əsasən körpələri çimizdirdikdən sonra dərialtı şişkinlik –dəri altı hematoma aşkarlanır.Bunun səbəbi uşaqlarda kəllə sümükləri nazik olduğundan kiçik travmalar zamanı kəllə sümüklərində daha asan sınıqların əmələ gəlməsi və həmin sınıq nahiyyəsindən qanaxmadır.Belə xəstələrə mütləq dinamik müşahidə və konservativ müalicə aparılmalıdır.Dinamikada baş beyinin Komputer Tomografiyya müayinəsidə oluna bilər.

Bəzən isə yüngül travmalardan kobud nevroloji defisitlər(hemiplegiya ) əmələ gələ bilir.Bunun səbəbi baş beynin dərinliyində yerləşən qabıq altı nüvələr nahiyyəsində xırda kapilyar damarlarda trombozun əmələ gəlməsidir ki,həmin gün kəllə beyin travmasi münasibəti ilə aparılmış baş beynin Komputer Tomografiyya müayinəsində heç bir patologiya aşkarlanmaya bilir.İşemiya sahəsi formalaşdıqdan sonra müayinələrdə patologiya aşkarlanır.Belə xəstələr vaxtında düzgün müalicə aldıqda nevroloji defisitlərdə tam geriləmə müşahidə olunur. Bu xəstələrdə mütləq qan xəstəlikləri araşdırılmalıdır.

Təqdim etdiyim balaca körpə gündüz saatlarında divandan(40-50sm hündürlükdən) taxta döşəməyə yıxılması nəticəsində xəsarət alıb.Huşunu itirməyib,sonradan çox ağladıqdan sonra bir dəfə fantan şəkilli qusması olub.Gün boyu heç bir narahatçılığı olmayıb.Axşam saatlarında daha tez yatdığından valideyinləri narahat olaraq bizə müraciət etmişdilər.Baş beynin Komputer müayinəsində sağ təpə nahiyyəsində kobud epidural hematoma,sağ təpə sümüyün xətti sınığı ,bütün kəllə sümüklərin aralanması aşkarlanmışdır.Xəstəyə tezləşdirilmiş şəkildə “Sağ təpə nahiyyəsində kraniotomiya ,Epidural hematomanın xaric edilməsi” cərrahi əməliyyatı icra olundu.Əməliyyat fəsadsız keçdi.Əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşılaşmış və nevroloji defisitləri geriləmışdır. Xəstəmiz bu gün tam defisitsiz nevropatoloqun nəzarəti altında evə yazıldı.

Körpə uşaqların baş nahiyyələri xəsarət aldıqda mütləq diqqətli olmali və neyrocərraha müraciət edilməlidir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır