Azərbaycanlılar ən çox hansı xəstəliklərdən əziyyət çəkirlər? - SİYAHI
26 NOYABR
129

Azərbaycanlılar ən çox hansı xəstəliklərdən əziyyət çəkirlər? - SİYAHI

Azərbaycanda əhalinin 2017-ci ildə daha çox hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin xəstəliklərin statistikası aşağıdakı kimidir:

Ötən il 1 875 652 nəfərdə xəstəlik qeydə alınıb. 

Bəzi infeksion və parazitar xəstəliklər -  124 457 nəfər

Yenitörəmələr - 12 082 nəfər 

Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular - 67 779 nəfər

Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və  qidalanma  pozuntuları -  47 476 nəfər

Psixi pozuntular və davranış pozuntuları - 10 281 nəfər

Sinir sistemi xəstəlikləri - 72 306 nəfər

Göz və gözün əlavə aparatının xəstəlikləri - 69 261 nəfər 

Qulağın və məməyəbənzər çıxıntının xəstəliyi -  46 188 nəfər 

Qan dövranı sisteminin xəstəlikləri - 143 182 nəfər 

Tənəffüs orqanlarının xəstəlikləri - 735 922 nəfər 

Həzm sisteminin xəstəlikləri - 160 801 nəfər

Dəri və dərialtı toxumanın xəstəlikləri - 43 020 nəfər

Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri - 29 486 nəfər

Sidik-cinsiyyət sisteminin xəstəlikləri - 107 333 nəfər

Hamiləlik, doğuş və zahılıq - 64 670 nəfər 

Perinatal dövrdə meydana çıxan xüsusi hallar - 8 387 nəfər 

Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları - 3 665 nəfər

Digər rubrikalarda təsnif olunmayan klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan  kənara çıxma halları - 10 884 nəfər

Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - 118 472 nəfər 

Xəstəlikdən ölüm hallarına, əsasən, qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm sisteminin, tənəffüs orqanlarının xəstəlikləri səbəb olur. 

Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə görə, ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,2 yaş, o cümlədən oğlanlar üçün – 72,8 yaş, qızlar üçün isə – 77,6 yaş olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır