Sabah özünüzü halsız hiss edə bilərsiniz - Növbəti 2 gün üçün xəbərdarlıq
30 NOYABR
329

Sabah özünüzü halsız hiss edə bilərsiniz - Növbəti 2 gün üçün xəbərdarlıq

Dekabr ayının 1-i və 2-də növbəti geomaqnit qasırğası gözlənilir. 
Tibb.fins.az xəbər verir ki, bu barədə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib. 
Onun sözlərinə görə, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir. Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq:
"Meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlar üçün heç də yaxşı hal vəd etmir. Diskomfort xeyli artacaq". 
Qeyd edək ki, geomaqnit qasırğası insanlarda başağrısı, halsızlıq yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır