Nə üçün oynayan təzyiq təhlükəlidir? Həkimdən təzyiqi tənzimləmək üçün 2 sadə məsləhət
05 DEKABR
258

Nə üçün oynayan təzyiq təhlükəlidir? Həkimdən təzyiqi tənzimləmək üçün 2 sadə məsləhət

Soyuq fəsillərdə bir çox insanlarda təzyiq "oynamağa" başlayır - gah düşür, gah da qalxır.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu hal hətta davamlı yüksək təzyiqdən daha təhlükəlidir. Bu xüsusilə aterosklerozdan əziyyət çəkənlərə aiddir. Ateroskleroz damarları zəiflədir, kövrək edir. Belə damarlar təzyiqin tez-tez qalxıb-düşməsinə tab gətirməyib partlaya bilər. Damar beyin və ya ürəkddə partlayarsa, bu insult və ya infarkta səbəb olur.

Beləliklə, təzyiqi stabil saxlamaq həyati vacib məsələdir.

Tibb.fins.az medikforum-a istinadla "oynayan" təzyiqdən əziyyət çəkənlərə rusiyalı kardioloq Viktoriya Savitskayanın məsləhətlərini təqdim edir:

1. Təzyqinizi hər gün səhər və axşam ölçün və göstəriciləri qeyd edin. Göstəricilər çox fərqlənirsə, mütləq kardioloqa müraciət edin.

2. Yüksəlməyə başlayan təzyiqi tez salmaq üçün bu kimi üsul kömək edə bilər. Rahat oturun, dərin nəfəs alın və yavaş-yavaş 7-10 saniyə ərzində (saata baxın) nəfəsinizi buraxın. Bunun 2-3 dəqiqə ərzində edin. Bu üsulla təzyiqi 30 mm.c.st. qədər salmaq olar. Lakin nəzərə almaq lazımdır ki, bu müvəqqəti effekt verir.

3. Apteklərdə satılan yemişan, pişikotu, damotu tinkturalarını (damcılar) və valokardin preparatını (damcılar) qarışdırın. Bu qarışığı qabaqcadan hazırlayın və saxlayın. Təzyiqin qalxmasının ilk simptomlarında qarışıqdan 1 x.q. götürüb 50 ml suda həll edin və bu məhluldan 1 x.q. içib 20-30 dəqiqə dincəlin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır