Rusiyadan Azərbaycana halal kosmetika idxal ediləcək
26 DEKABR 2018
223

Rusiyadan Azərbaycana halal kosmetika idxal ediləcək

2019-cu ildə Rusiyanın Qaraçay-Çərkəz bölgəsindən Azərbaycana halal standartlarına uyğun kosmetik vasitələr idxal ediləcək. 

Tibb.fins.az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Qaraçay-Çərkəzin iş adamlarına dəstək mərkəzinin rəhbəri Artur Yevazovməlumat verib. 

Onun sözlərinə görə, bu gün idxalla bağlı 500 min dollar dəyərində saziş imzalanıb. 

Yevazov qeyd edib ki, Azərbaycan, Gürcüstan və Qazaxıstandan olan biznesmenlərlə ümumi dəyəri 100 milyon dollardan çox olan 20 saziş imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır