Dul insanlar daha tez ölür
26 DEKABR 2018
186

Dul insanlar daha tez ölür

Amerikanın Rays Universitetinin alimləri dul insanların niyə erkən öldüyünü araşdırıb.

Tibb.fins.az xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, depressiya orqanizmdə müəyyən dəyişikliklərə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Mütəxəssislər araşdırma çərçivəsində 3 ay müddətində yaxınlarını itirmiş 99 nəfəri müayinə ediblər. Könüllülərdən itkini necə yaşadıqları soruşulub. Araşdırmaçılar depressiyanın müəyyən edilməsi üçün qan analizləri də götürülüb.

Müəyyən olunub ki, həyat yoldaşının ölümündən çox təsirlənən şəxslərdə qanda iltihablaşdırıcı proteinlər - sitokinlər FN-γ, IL-6 və TNF-α-nın səviyyəsi yüksək olub.

Alimlərin sözlərinə görə, bu araşdırmanın nəticələri bir daha sübut edir ki, dul qalmış insanlar daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkir.

©Sputnik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır