Bədəninizə çəkdiyiniz kremlər sonunuz ola bilər: qəfildən alışır - 50 nəfər bundan ölüb
27 DEKABR 2018
205

Bədəninizə çəkdiyiniz kremlər sonunuz ola bilər: qəfildən alışır - 50 nəfər bundan ölüb

Quruluq və qaşınma əleyhinə kremlərdən istifadə edən insanlar bunun təhlükəli ola biləcəyindən xəbərsizdirlər.
Tibb.fins.az xəbər verir ki, mütəxəssislər bu vasitələrin paltarların lifləri arasında yığılaraq alışa biləcəyini bildirib.
Ekspertlər buna görə də bu kremlərin qutularının üzərində asanlıqla alışa bilmələri haqda xəbərdarlıq yazılmasını təklif edirlər. Belə ki, bu səbəbdən 50 ölüm faktı qeydə alınıb. 
Paltarların yuyulması bu işin çarəsi deyil. Çünki bu yolla kremlərin yalnız bir hissəsi təmizlənir. Təkcə kremlər deyil, tərkibində parafin olan bütün kosmetik vasitələr sağlamlıq üçün təhlükəlidir. Buna görə də mütəxəsislər siqaret çəkən insanlara ehtiyatlı olmağı məsləhət görürlər. 
Onlar həmçinin bildirirlər ki, bu maddələr öz-özündən alışa bilər. Ancaq bu halın yaranması üçün bədən temperaturu kifayət etmir. Bu zaman əlavə enerji mənbəyi tələb olunur. Məsələn, müəyyən şəraitdə statik enerji nəticəsində bu cür geyimlərin alışması mümkündür. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır