Süni mayalanmaya mənfi təsir edən amillər
08 YANVAR
184

Süni mayalanmaya mənfi təsir edən amillər

Son zamanlarda ölkəmizdə də sonsuzluqdan əziyyət çəkən cütlüklərin övlad sahibi olma arzuları süni mayalanma ilə reallaşdırılır. Lakin bir çox hallarda süni mayalanma da işə yaramır. Bunun səbəbi isə bir sıra amillərin süni mayalanmanın gedişinə mənfi təsir etməsidir. 
Tibb.fins.az.az süni mayalanmaya mənfi tərisir edə biləcək amilləri açıqlayır:  
Hər ay düzənli olaraq aybaşı tsikli yaşayan qadınlarda 1 yumurta hüceyrə formalaşır. Süni mayalanma zamanı isə tətbiq olunan hormonlar vasitəsilə qadında bu say artırılaraq eyni anda bir neçə ədəd yetişmiş yumurta hüceyrə əldə edilir.  
Dərmanların təsiri ilə yumurtahüceyrədə baş verən dəyişiklikləri izləmək və dərmanların miqdarını tənzimləmək üçün USM və qan analizləri aparılır. Lazımı ölçüyə çatan yumurtahüceyrələr hormon təsiri ilə yetişdirilir və 36 saatdan sonra narkoz altında yığılır. Toplanan yumurtahüceyrələr laborotoriya şəraitində spermatozoidlə mayalandırılır. Daha sonra isə mayalanmışı yumurtahüceyrədə embrionun inkişafı embrioloq tərəfindən izlənilir.  
Bu zaman bir sıra amillər bu gedişatı poza və yumurta hüceyrələrin normal inkişafına mane ola bilər. 
Süni mayalanmaya təsir göstərn amillər
1)Yaş. Süni mayalanmanın effektivliyinə təsir göstərən amillərdən ən vacibi yaş faktoru gesab olunur. Məsələn 30 yaşdan az xəstələr üçün bu göstərici yüzdə 60, 35 yaş insanlarda yüzdə 40, 40 yaşlarında insanlarda isə yüzdə 15-ə qədər azalır. Amma bu göstəricilər yalnız 1 dəfə süni mayalanma etdirən insanlara aiddir. Qeyd edək ki, 4 dəfə süni mayalanma etdirən şəxslərdə yaşdan asılı olmayaraq bu göstərici yüzdə 90-a qədər qalxır.
2) Follikul rezervi. Qadında yetişən follikul rezervi azaldıqca süni mayalanmanın uğurlu alınma şansı da azalır. Buna görə də, yaşı 35-dən çox ərdə olmayan qadınlar, evli olduğu halda hamiləlik planlaşdırmayan qadınlarda və nəsillərində erkən menopauza yaşanan qadınlar süni mayalanma etdirmək istədikdə onlarda follikul rezervləri yoxlanılmalıdır.  Beləkilə də rezervi az olan evli qadınlar təcili olaraq süni mayalanma etdirməlidirlər. Evli olmayanlar isə yumurta hüceyrələrini donduraraq gələcəkdə süni mayalanma yolu ilə ana olma şanslarını saxlaya bilərlər. 
3)Siqaret istifadəsi. Süni mayalanmaya ən mənfi təsir göstərən amillərdən biri də siqaret istifadəsidir. Siqaret çəkən insanlarda sperm sayı az və keyfiyyətsiz olduğu üçün əldə olunan embrionların da yaşama şansı azalmış olur. 
©Medicina
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır