“Optika haqqında” qanun layihəsi müzakirələrə çıxarılacaq
09 YANVAR
164

“Optika haqqında” qanun layihəsi müzakirələrə çıxarılacaq

Milli Məclisin (MM) qarşıdan gələn yaz sessiyasında “Optika haqqında” yeni qanun layihəsinin qanunvericilik işləri planına daxil edilməsi, onun əvvəlcə Səhiyyə komitəsinin iclasında, sonra isə plenar iclaslarda müzakirəsi gözlənilir.

Tibb.fins.az-a MM-dən verilən məlumata görə, millət vəkili, Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə hazırlanan qanun layihəsi üzərində işlər davam etdirilir.

Bildirilib ki, hətta, sözügedən qanun layihəsinin ilk variantı ilə bağlı 2018-ci ilin əvvəllərində parlamentdə ictimai dinləmələr aparılıb və sənədin bir daha təkmilləşdirilməsi qərara alınıb.

Qeyd olunub ki, bu baxımdan, ötən müddət ərzində qanun layihəsi üzərində təkmilləşdirmə işləri davam etdirilib və o müzakirələr üçün hazır vəziyyətə gətirilib.

Amma bununla belə, sənəd üzərində işlər bir daha davam etdirilməkdədir və adıçəkilən sənədin yaz sessiyasının müzakirələrinə çıxarılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır