Xəstəliyinizi dibçəyə basdırın - İnsanlar yüzillərdir bu üsula inanır
10 YANVAR
729

Xəstəliyinizi dibçəyə basdırın - İnsanlar yüzillərdir bu üsula inanır

Xəstəliyi dibçəyə basdırmaq ifadəsi qəribə səslənsə də, tətbiq edənlərin özünəməxsus əsaslandırması var.
Tibb.fins.az xəbər verir ki, əsrlərlə tətbiq edilmiş bu üsul xəstəliyin başqa bir orqanzimə, məsələn, hər hansı bir bitkiyə keçirilməsinə əsaslanır. 
Prosedur sadədir: xəstə insandan bir hissə (selik, irin, sidik, ağız suyu, tər) götürülərək torpaqla qarışdırılır və kiçik bir dibçəkdə basdırılır. Daha sonra həmin dibçəyə 2-3 ədəd bitki toxumu əkilir. Bitkinin bir neçə sm cücərməsi gözlənilir. Əgər qan, irin, tər və selik pasiyentə əziyyət verirsə, yəni sadalananlar xəstəliyin əlamətlərindən biridirsə, o zaman bitkini kökü ilə birlikdə ehtiyatla çıxararaq yandırırlar. Qalan bütün hallarda isə bitki axar suda axıdılır.  
Dibçəkdə yetişdirilən bitki vasitəsilə xəstəlikdən azad olmaq üçün xəstəliyi idarə edən planetləri bilmək lazımdır. 
Xəstəliklər: 
Ay: revmatizm, podaqra, allergik qıcolma, irinləmiş yaralar, menstural tsiklin pozulması, parazitlər, epilepsiya, lunatizm, depressiya, melanxoliya, alkoqol aslılığı.
Mars: qulaq, ağciyər, qaraciyər xəstəlikləri, babasil, radikulit, miqren, sağalmaz yaralar, daxili qanaxmalar, sarılıq, dizenteriya, qarın ağrısı, qəbizlik, qanqrena.
Merkuri: beyin xəstəlikləri, ürək getmə, başgicəllənməsi, kəkələməı, səbəbsiz qorxu, stomotoloji yaralar, civzələr, fistul.
Yupiter: ürək-damar xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, mədəaltı vəz, dalaq, hipo və hipertoniya, angina, göz xəstəlikləri, dayaq-hərəkət sisteminin xəstəlikləri, zəhərlənmə. 
Venera: sidik-cinsiyyət, böyrək, seksual.
Saturn: endokrin və limfatik sistemin xəstəlikləri, onkoloji, sonsuzluq, psoriaz, skleroz, sınıq, ekzema. 
Günəş: yanıqlar, donma, ağır infeksion xəstəliklər, qrip, ağır ürək və göz xəstəlikləri, ürəkkeçmə, maddələr mübadiləsinin pozulması. 
Bitkilər
Ay: anemon, astra, veronika, iris, kameliya, kələm, dəvədabanı, yerkökü, xiyar, fuksiya.
Mars: artişok, reyhan, keşniş, gicitkən, yaşıl soğan, istiot, bağayarpağı, turp, ağ turp, çuğundur, xren, sarımsaq.
Merkuri: anis, pişikotu, georqin, kəvər, marqaritka, pasternak, pomidor, floks, sikoriya.
Yupiter: vasilyok, jasmin, kress-salat, küncüt, limon, nanə, zəncirotu, pion, buğda, qızılgül, rozmarin, bənövşə.
Venera: gülxətmi, beqoniya, qərənfil, ətirşah, qladiolus, noxud, patisson, zanbaq, lobya, qara kök. 
Saturn: akonit, xanımotu, delfinium, kartof, cəfəri, kərəviz, şüyüd.
Günəş: adonis, söyüd, aloe, qiasint, böymadərən, zəncəfil, qarğıdalı, günəbaxan, çobanyastığı, razyana, sürvə .
Bəzən elə olur ki, xəstəlik yalnız bir planetə aid edilmir. Məsələn, virus hepatiti qaraciyər xəstəliyi olduğu üçün Marsa, digər tərəfdən isə infeksion xəstəlik olduğu üçün Günəşə aiddir. Belə olan halda hər iki bitkidən istifadə etmək lazımdır. 
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır