SÜNNƏTLƏ ƏLAQƏLİ ƏTRAFLI MƏLUMAT - Op.Dr.Agil Abilov
09 YANVAR
574

SÜNNƏTLƏ ƏLAQƏLİ ƏTRAFLI MƏLUMAT - Op.Dr.Agil Abilov

SÜNNƏTLƏ ƏLAQƏLİ ƏTRAFLI MƏLUMAT

SÜNNƏT ƏSNASINDA PENİS ESTETİKASI CİNSİ YAŞAM ÜÇÜN ƏHƏMİYYƏTLİDİR

Azərbaycanda sünnətin estetik cəhətdən önəmi bilinmir. Halbuki ilk baxışda normal kimi görünən ancaq bir uzman tərəfindən müayinə edildiyində penis və ətrafında dəqiq olaraq müəyyən edilə bilən doğuştan anomaliyalar sünnət əsnasında düzəldilmədiyi təqdirdə uşağın gələcəkdəki cinsi yaşamına mənfi təsir edəbilər.

Bu səbəblə sünnətin doğru zamanda ve yaşda, uşaq cərrahiyyəsi və-vəya uşaq urologiyası uzmanı tərəfindən və lazım olduğunda əməliyyat əsnasında penis estetikası ilə birlikdə olunması, həm uşağın gələcəkdəki psixoseksual, həm də cinsi yaşamını daha rahat hala gətirər.

 

Sünnətin doğru şəxslər tərəfindən olunması cinsi yaşam üzərində nə qədər təsirlidir?

Ailələr sünnət toyunu deyil sünnət edecək şəxsi önəmsəməlidir!!

Sünnət kimi; gələcəkdə uşağın ruh ve bədən sağlığını yaxından maraqlandıran cərrahi cəhd, hələ də çox hallarda həkim olmayan “sünnətçilər” tərəfindən olunmaqdadır. Heçbir cərrahi əməliyyat sadə deyildir və bəzən çox qarmaşıq hala gələ bilər. Buna görə də sünnət də kiçimsənmədən  və cərrahiyyənin esas prinsiplərindən güzəşt eləmədən olunmalıdır. Çünkü uyğun cərrahiyyə ilə olunmayan sünnət, çox ciddi sağlıq problemlərinə səbəb olabilər. Əyləncə üçün hədsiz məsrəf yerinə, sünnət əməliyyatını penis cərrahiyyəsi mövzusunda uzman bir şəxsə etdirmək , uşağın gələcəkdəki psixososyal ve cinsi cəhətdən problem yaşamasını əngəlləyəcəkdir.

Sünnətçi deyil doktor!

Sünnət əsnasında, cinsiyyət organında ortaya çıxan şəkil pozuqluqları, sünnətçilər tərəfindən olunan qeyri-düzgün sünnət nəticəsində olur. Bu estetik problemlər uşağın sosial-mədəni yaşantısına və cinsi həyatına mənfi yöndə təsir edər. Halbuki sünnət, təcrübəli uşaq cərrahiyyəsi yada urologiyası uzmanları tərəfindən olunduğunda həm cinsiyyət  organının estetikası pozulmaz həm də gözdən qaçabilən doğuştan anomaliyalar sünnət əsnasında düzəldilə bilər. Başda uşaq urologiyası uzmanları olmaq üzərə, uşaq cərrahiyyəsi ve urologiya uzmanı kimi təhsilli şəxslər tərəfindən sünnət olunması ən sağlıqlı və etibarlı yoldur.

Sünnət əsnasında penis boyu uzatma kimi estetik girişimlər də olunabilərmi?

Sünnət əsnasında penis estetikası cinsi yaşam üçün önəmli!

Sünnət əsnasında cinsiyyət organının estetikası ailələr ve sünnəti edən kişilər tərəfindən önəmsənməz. Ancaq sünnət, yalnızca ənənəvi və mərasimsəl tərəfi ilə deyil, uşağın gələcəkdə cinsi həyatını yaxından əlaqədar edən estetik görüntüsü ilə də dəyərləndirilməlidir. Həkim, uşağı sünnət öncəsində, cinsiyyət  organında hər hansı bir doğuşdan problem olub olmadığı yönündən müayinə ederək, lazım olarsa penis düzəldici işləmlər planlaya bilər.

Penisin gələcəkdə funksiyonal ve estetik görüntüsü diqqətə alınaraq, penis düzəldici əməliyyatlar ve estetik uyğulamalar sünnət ilə eyni seansda oluna bilər. Hətta penisdəki gözdən qaça bilən bəzi önəmli əyriliklər düzəldilə bilər ve doğuşdan olan genital bölgə toxuması içində batıq duran penislər də sünnət əsnasında diqqətli bir cərrahi girişimlə çölə çıxarılaraq, penis boyu qismən uzadıla bilər. Beləliklə, həm uşağın həm də gələcəkdəki ailəsinin psixoseksual ve cinsi yaşamı daha rahat hala gətirilmiş olar.

Sünnət hansı şəraitdə olunmalıdır?

Cəmiyyətdə, sünnətin tibbi yönü və cərrahiyyəsindən çox, “mərasimsəl” yanına önəm verilir. Sünnətin, əyləncə ön planda olduğu üçün böyük əksəriyyətinin ev, poliklinika, sağlıq kabineti kimi sağlıqsız mühitlərdə olunması, kütləvi sünnət kampaniyaları ilə həm cərrahi həm də psixolojik olaraq bütün şərtlərin çeynənməsi uşaqda ciddi sağlıq problemlərinə səbəb ola bilər. Özəlliklə kütləvi sünnət mərasimlərində uşağın keçirəcəyi fiziki ve psixolojik travma gözardı edilməktədir. Psixolojik olaraq mənfi təsirlənən uşağın irəlidə, cinsi həyatında önəmli problemler ortaya çıxabilər. Cərrahi əməliyyat üçün uyğun olmayan yerlərdə və şərtlərdə qətiyyən sünnət olunmamalıdır.

İdeal sünnət yaşı neçədir?

Sünnət iki yaşından əvvəl yada 6 yaşından sonra olunmalıdır

Uşaqların 2-3 % nə təsir edən sünnət xətaları, hələ də önəmli bir problemdir. Sünnət, zamanlaması ilə əlaqədar tam bir həmfikirlilik olmasa da, texniki olaraq hər yaşda oluna bilər. Ancaq uşaqlarda 2-6 yaş (xüsusilə 3-5 yaş) arasında cinsi şəxsiyyət qazanılmaqdadır, psixolojik olaraq uşaq həssas bir dönəmdədir. Uşaq bu yaşlarda sünnət edildiyində cəzalandırıldığı düşüncəsinə qapılabilər. Ayrıca yetişkin yaşamında, cinsi istəksizlik və sərtləşmədən qaynaqlanan cinsi problemlər yaşayabilər. Bu səbəbdən yanlış zaman və mühitlərdə olunan sünnət, uşağın həm cinsi yaşamı və buna bağlı olaraq psixolojik inkişafına mənfi təsir etməktədir. Bu səbəblər də göz önünə alınaraq, tibbi məcburiyyət yoxdursa 2-6 və ya 3-5 yaş arası dönəmdə sünnət  tövsiyə edilməməktədir. Bu vəziyyətdə, sünnətin ya ilk 1 ay içində (penis uyğundursa ideal olanı),  ya 6 ay-2 yaş arası dövrdə yada 5-6 yaşından sonra olunması uyğundur.

Körpələr doğulduqdan 24 saat sonra sünnət edilə bilər

Sünnət sonrası baxımın asanlığı, yara yaxşılaşmasının daha qısa müddətdə olması, ümumi anesteziyaya ehtiyac olmaması və psixolojik travma əmələ gətirməməsi kimi üstünlükləri səbəbiylə, yenidoğulmuş dövrdə sünnət  ən idealı olaraq dəyərlindirilməktədir. Vaxtında və normal kilo ilə doğulan körpələr, ilk 24 saatını doldurduqdan sonra sünnət oluna bilər. Ancaq bu dövrdə körpələrin ağrı duymayacaği fikri səhvdir. Ona görə də işləm əsnasında ağrı hissətməmələri üçün yerli keyləşdirici  mütləq olunmalıdır.

İbtidai məktəbə gedən uşaqlar sünnətə necə razı edilməlidir?

Sünnət lazım olarsa şəkil çəkilərək başa salınmalıdır

Uşaq bezdən ayrılmadan yəni 6-12 ay arasında sünnət edildiyində, vəziyyəti daha asan atlatmaqda və pis bir xatirə olaraq xatırlamamaqdadır. Əgər sünnət uşağın şüurlu bir yaşında olunacaqsa, sadə, açıq və dəqiq cümlələrlə başa düşülən bir şəkildə izah edilməlidir. Lazım olarsa sünnət dərisinin nə olduğu, sünnət zamanı penisə tam olaraq nə olunacağı, cinsi organa hər hansı bir zərər vermədən sadəcə sünnət  dərisinin uyğun bir şəkildə kəsiləcəyi  şəkillərlə başa salınmalıdır.

Uşağın sünnət ilə əlaqədar suallarına düzgün cavab verilməli

Sünnət  5-6  yaşından sonra ediləcəksə; uşagın istədiyi yaş  nəzərə alınmalı ailə bu məsələdə inad edərək, uşağı aldatma və məcbur etmə yoluna getməməlidir. Sünnət, əməliyyatxana şərtlərində və  uzman həkimlər tərəfindən edilməlidir. İlk təhsil vaxtındakı uşaqlar, məktəb tuvaletlərində bir-birlərinin cinsi orqanlarını müqayisə edə bilər. Bu vəziyyətdə sünnət olmayan uşaqlar, öz cinsi orqanının fərqliliyini görür və bunun səbəbini sorğulamağa başlayır. Bu vəziyyəti də adətən valideyinləri ilə paylaşır. Bu əsnada, valideyinlərin sünnət haqqındakı məlumatları cox vacibdir. Ana ataların sünnət haqqında uşağı doğru məlumatlandırması cox vacibdır.

Sünnətlə əlaqədar ən çox  soruşulan suallar

Sünnət  ən  uyğun hansı mövsümdə edilir?

Hər mövsümdə sünnət edilə bilər. Ancaq, ən çox  üstünlük verilən  zaman aralığı: payız, qış və yaz ayalarıdır. Özəlliklə tətil və istirahət vaxtı olan isti yay aylarında sünnət etmək həm ailə həm də uşaqlar üçün məsləhətsizdir. Məktəb vaxtı uşaqlarda, semester (yarımillik) tətili sünnət üçün ən uyğun vaxtlardan biridir. Çünki soyuq hava səbəbiylə ev  xarici aksiyonlar məhduddur. Beləcə, uşaq daha uyğun şərtlərdə evində dincələrək rahat bir sünnət  sonrası dövr keçirir.

Sünnət ümumi yoxsa yerli anesteziya ilə olunmalıdır?

Dünyada bir çox ölkədə yerli anesteziya ilə sünnət olunması tibbi bir xəta olaraq qebul edilməktədir. Cərrahi prosedura və psixolojik təsir nöqteyi nəzərdən sünnət yerli anesteziya ilə olunmamalıdır. Günümüzdə əməliyyatxana şəraitində uşaqlara özəl, irəli texnologiya istifadə edilərək verilən ümumi anesteziya daha etibarlı hala gəlmişdir. Bu səbəblə, yenidoğulmuşların sünnəti xaric, temel prinsip olaraq sünnət ümumi anesteziya altında olunmalıdır. Yerli anesteziyaya bağlı qorxu ve qayğıları uşaqlara yaşatmadan düzgün bir sünnət elemek daha konfortlu, insancıl və müasir bir yanaşmadır.

Hansı hallarda sünnət olunmamalıdır?

Vaxtından tez doğulmuş körpələrdə, ailədə hemofiliya vəya digər qan xəstəliyi olan körpələrdə, doğuşdan penis anomaliyası olan ve o anda başqa xəstəliyi olan körpələrdə yenidoğulmuş sünnəti olunmamalıdır. Xalq arasında doğuşdan sünnətli yada peyğəmbər sünnəti olaraq bilinən hipospadias varlığında qətiyyən sünnət olunmamalıdır. Travma yada diş çəkimi sonrasında uzun çəkən qanaxma anamnezi olan, iynə vurulduqdan sonra yada bir travma sonrası böyük şişlikleri əmələ gələn, özözünə diş əti veya burun qanaxması olan uşaqların heçbir şikayəti olmasa da, lazım olan qan testlərindən sonra sünnəti olunmalıdır.

 
 
Əlaqə: +994507341414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır