Ən qədim xərçəng şişi aşkarlandı
08 FEVRAL
190

Ən qədim xərçəng şişi aşkarlandı

Berlinin təbiətşünaslıq muzeyinin mütəxəssisləri 240 milyon il əvvəl yaşamış tısbağanın qalıqlarında xərçəng əlamətləri aşkarlayıb.

Bu barədə “EurekAlert!” elmi xəbərlər portalında məlumat yayılıb.

Alimlər əmin edir ki, müasir tısbağaların Trias dövründə yaşamış əcdadının bel sümüyündə bədxassəli törəmə olub. Tədqiqat nəticələrinə görə, şişin xarakteristikası bir çox müasir xərçəng xəstələrində müşahidə olunan osteosarkomaya uyğun gəlir.

Bu tip şiş, adətən, sümüklərin səthində yerləşir və sürətlə inkişaf edir. Həmçinin, digər xərçəng növləri ilə müqayisədə, daha erkən metastaz verir (ikinci dərəcəli şişli ocaqlar).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır