Meyvə-tərəvəzi soyuducuda necə saxlamalı? - Market torbalarından mütləq çıxarın
12 FEVRAL
291

Meyvə-tərəvəzi soyuducuda necə saxlamalı? - Market torbalarından mütləq çıxarın

Adətən həftəlik edilən bazarlıqlar zamanı alınan ərzaq məhsulları soyuducuda saxlanılır. İsrafın qarşısını almaq, qida məhsullarını təzə saxlamaq üçün soyuducu əsas mətbəx avadanlıqlarındandır. Lakin ərzaqların da soyuducuda saxlanılma qaydası var.
Tibb.fins.az xəbər verir ki, soyuducuya ərzaq yerləşdirərkən edilən ən böyük səhvlərdən biri meyvə və tərəvəzlərin marketdən alınan sellofan torbalarda saxlanılmasıdır. 
Mütəxəssislər deyir ki, meyvə-tərəvəz soyuducunun ən aşağı rəfinə qoyulmalıdır. Lakin onları soyuducuda market torbalarında saxlamayın. Ərzaqlar mütləq torbalardan çıxarılmalıdır. Əgər yaşdırlarsa, o zaman qurutduqdan sonra soyuducuya qoymağınız məsləhətdir.
Ümumiyyətlə meyvə-tərəvəzi yuyub, qurutduqdan sonra soyuducuda saxlasanız, istifadəsi də rahat olacaq.
Mütləq hansısa qaba qoymaq istəyirsinizsə, o zaman saxlama üçün xüsusi olaraq istehsal edilmiş qablara qoyun. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır