QİÇS-in müalicəsi tapıldı
06 MART
158

QİÇS-in müalicəsi tapıldı

Böyük Britaniyada QİÇS-dən əziyyət çəkən pasiyent kök hüceyrəsinin köçürülməsi sayəsində sözügedən ölümcül xəstəlikdən qurtulub.

BBC-nin məlumatına görə, bu barədə “The Nature” nəşrində elmi məqalə dərc olunub.

Kliniki sınaqlarda könüllü olaraq iştirak etmiş xəstənin qanında 18 aydır ki, QİÇS alamətləri izlənilmir və o, artıq HİV-ə qarşı həblər qəbul etmir. 

Habelə tədqiqatçılar onun tam olaraq HİV-dən azad olduğunu deməyin hələ çox erkən olduğunu hesab edir.

Ekspertlər QİÇS-in müalicəsinə bu innovativ praktikanın heç də bütün HİV xəstələrinin müalicəsində keçərli olmadığını etiraf etsə də, tədqiqatın nəticəsinin bu ölümcül xəstəliyə qarşı effektiv dərmanın hazırlanmasına kömək edəcəyini hesab edir.

Adı açıqlanmayan londonlu kişi pasiyentə 2003-cü ildə HİV diaqnozu qoyulub, 2012-ci ildə isə fəsadlaşma nəticəsində Hockin Limfomasına tutulub.

Sonuncudan qurtulmaq üçün kimya terapiyasından keçib və əlavə olaraq ona HİV-ə qarşı immuniteti olan donordan kök hüceyrəsi köçürülüb. Nəticədə, o, həm xərçəngdən, həm də QİÇS-dən qurtulub.

Bu, artıq kök hüceyrəsi transplantasiyası hesabına QİÇS-ə qalib gəlmə ilə bağlı ikinci haldır. 10 il əvvəl başqa bir şəxs Berlində iki dəfə kök hüceyrəsinin köçürülməsi əməliyyatı keçirmiş və nəticədə, HİV və Leykemiyadan azad olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır