Ürək xəstələri üçün məktəb yaradıldı - VİDEO
07 MART
502

Ürək xəstələri üçün məktəb yaradıldı - VİDEO

Ürək xəstəliyi ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə məktəb yaradılıb.
Tibb.fins.az-ın Xezerxeber.az-a istinadla verdiyi məlumatına görə, Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində fəaliyyət göstərən məktəbə xroniki ürək çatışmazlığından əziyyət çəkən xəstələr və onların qohumları cəlb edilir.
Layihənin müəllifi olan Nazim Abdullayevin sözlərinə görə, məktəbdə keçirilən dərslər zamanı həm xəstələrə, həm də onların yaxınlarına xəstəlik və qidalanma ilə bağlı məlumatlar verilir.
Proqrama kliniki kardioloqlar, psixoloqlar, reabilitoloqlar, diyetoloqlar və endokrinoloqlar cəlb olunub. Dərslərdə 50-ə yaxın ürək problemi olan xəstə və yaxınları iştirak edir.
Dərslərdə ürək xəstəliyi olan istənilən şəxs Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciət etməklə iştirak edə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır